830-851-8413 | en | (822) 607-2851

Ana səhifə

 

 

4238393971

7049551227

Kitabxanamızın nəşrləri

Mədəniyyət, incəsənət turizm haqqında yeni ədəb.

(804) 522-6778 435-747-4344

Yeni kitablar

843-915-2824 Qəzet və jurnallar

(518) 737-8849 310-781-5060

Metodik xidmət

Bizdən soruşun

Əlaqə

ELEKTRON MƏLUMAT BAZALARI

MİLLİ KİTABXANA






TƏŞƏKKÜR MƏKTUBLARI


OXUCULARIN NƏZƏRİNƏ!

Saytımızda sizə məsafədən sifariş (virtual) xidməti təklif edilir.

Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan İNTERNET vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər.

* * *

Milli Kitabxananın 2-ci mər-təbəsində (oxu zalının nəzdində) "Elektron İnformasiya xidməti və KAA (kitabxanalararası abonement) " şöbəsi açılmışdır. Bu şöbədə virtual sifariş, elektron kitabxana, elektron kataloq, internet xidmətindən istifadə edə bilərsiniz. Milli Kitabxanada olmayan kitabların, dissertasiyaların Rusiya Dövlət Kitabxanasından elektron variantını (sifariş pulludur) da sifariş verə bilərsiniz.

* * *

Milli Kitabxananın Humanitar elmlər zalında (III mərtəbə) Azərbaycan və rus dillərində Azərbaycan Respublikasının qanunvericiliyi üzrə onlayn məlumat bazası təqdim olunur.

Bu bazanı www.qanun.info – (Azərbaycan dilində) və www.consulting.minimax.az – (rus dilində) internet səhifəsinə daxil olmaqla əldə etmək olar.

RAYON, ŞƏHƏR MƏRKƏZLƏŞDIRILMIŞ KITABXANA SISTEMI DIREKTORLARININ NƏZƏRINƏ!

M.F.Axundov adına Milli Kitabxananın Elektron informasiya xidməti və KAA (kitabxanalararası abonement) şöbəsi oxuculara təqdim etdiyi virtual xidmət vasitəsilə rayon və şəhər MKS-lərinin fondunda olmayan ayrı-ayrı kitablardan (bədii ədəbiyyat istisna olmaqla) müəyyən hissənin, fəslin, dövri və ardı davam edən nəşrlərdə, elmi əsərlərdə, məcmuələrdə dərc olunmuş məqalələrin elektron versiyasının yerlərə çatdırılmasını həyata keçirir.

Sifarişlər üçün orders@anl.az elektron ünvanına müraciət edə bilərsiniz. Xidmət ödənişsizdir.

Oxucularınıza bu barədə məlumat verməyi Sizdən xahiş edirik.


Azərbaycan Respublikasının kitabxana mütəxəssisləri haqqında məlumat bazası


"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Yenilənmə tarixi:26.02.2016


 

OXUCULARIN NƏZƏRİNƏ!

Bu il Azərbaycan Milli Kitabxanası öz elektron fondunu genişləndirmək məqsədilə elektron kitabxananın xarici elektron informasiya bazaları ilə komplektləşməsini həyata keçirərək zəngin axtarış imkanlarına malik, dünyanın və  Rusiyanın aparıcı  elibrary.ru   elektron elmi kitabxanasının rusdilli informasiya ehtiyatlarına  abunə olmuşdur. elibrary.ru  platformasında  Rusiyanın universal xarakterli (müxtəlif elm sahələrinə dair)  elmi jurnallarının elektron versiyalarının tam mətnlərindən oxucuların istifadəsi məqsədi ilə Oxuculara xidmət şöbəsinin elmi zallarında – Dövri mətbuat, Humanitar, Dəqiq və texniki elmlər zallarında, Lokal şəbəkədən istifadə üzrə oxu zalında olan kompüterlərə  yüklənərək  Sizin istifadənizə verilmişdir.

***

Milli Kitabxananın fondlarında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq 1975-2014-cü illərdə rus dilində nəşr olunan avtoreferatlara sifariş müvəqqəti olaraq dayandırılıb.

Müvəqqəti narahatçılığa görə üzr istəyirik

Müdiriyyət

Mayın 29-da Milli Kitabxanada “Sabir və Mollanəsrəddinçilər” başlığı altında geniş tərtibatda kitab sərgisi açılmışdır.

Mayın 26-da Milli Kitabxanada Respublika günü ilə əlaqədar olaraq “28 may-Respublika günüdür” adlı kitab sərgisi açılmışdır. Sərgidə mövzuyla əlaqədar Azərbaycan və rus dillərində kitablar sərgilənir.

May ayının 22-də Milli Kitabxanada “Milli Kitabxana-92” adlı sərgi açılmışdır. Sərgidə kitabxanamızın nəşrləri nümayiş olunur.

May ayının 22-də Milli Kitabxanada  F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası ilə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərliyə həsr olunmuş “Firidun bəy Köçərli:Biblioqrafiya” adlı kitabın təqdimatı keçirilmişdir.  

May ayının 18-də İsveçrənin paytaxtı Bern şəhərində Avropa Milli Kitabxanalarının Konfransı (CENL) beynəlxalq təşkilatının illik iclası keçrilmişdir. İsveçrə Konfederasiyasının Parlament binasında keçirilən bu tədbirdə 36 Avropa ölkəsinin Milli Kitabxana direktorları iştirak edirdi. . 

May ayının 14-də İtaliyanın Turin şəhərində Azərbaycanın “Xüsusi qonaq ölkə” kimi iştirak etdiyi beynəlxalq kitab sərgisi açılmışdır. Ölkəmizi bu mötəbər tədbirdə təmsil edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Milli Kitabxananın direktoru prof. Kərim Tahirov və elmi katib Əminə Cəfərova da iştirak edir. (518) 891-3283

May ayının 08-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, A.A.Bakıxanov adına Tarix İnstitutu və Milli Kitabxananın birgə təşkil etdiyi “Ulu öndər Heydər Əliyev irsinin tədqiqi məsələləri” mövzusunda elmi konfrans keçirilmişdir. (803) 205-6716

Milli Kitabxananın Elmi işlər və beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk Xanım Hacıyeva may ayının 6-dən 8-dək Tehran şəhərində keçirilən 28-ci Beynəlxalq Kitab Sərgisində iştirak etmişdir. 8145436057

May ayının 7-də Milli Kitabxanada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə ehtiyatda olan polkovnik Q.P.Zapletinin Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş “Vətənə və elmə xidmət etdilər...” “Azərbaycan Böyük Vətən müharibəsi illərində (1941-1945)” kitablarının təqdimat mərasimi və “Şanlı qələbənin 70 illiyi” mövzusunda kitab sərgisinin açılışı olmuşdur. 8676321170

Mayın 5-də Milli Kitabxanada Qarabağın dilbər guşələrindən biri olan Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasının 23-cü ildönümü ilə əlaqədar olaraq “23 illik Şuşa həsrəti” adlı kitab sərgisi açılmışdır

Milli Kitabxananın  Nəşriyyat işləri və elektron resurslar üzrə direktor müavini Gülbəniz Səfərəliyeva “İnternet, elmdə, təhsildə, mədəniyyətdə və biznesdə kitabxana resursları” mövzusunda keçiriləcək IX beynəlxalq konfransda və BAE-nin XVII ümumi iclasında iştirak etmək  məqsədilə aprel ayının 20-dən -25-dək Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində ezamiyyətdə olmuşdur. (708) 378-6472

24 aprel 2015-ci il tarixində Milli Kitabxanada Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzsiz xidmətləri olan Zərifə Əziz qızı Əliyevanın anadan olması münasibətilə görkəmli alimin həyat və yaradıcılığına həsr olunmuş “Zərifə Əliyeva: İnsanlara qalan nur” başlığı altında kitab sərgisi açılmışdır.  (217) 888-9541

Aprel ayının 22-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu ilə birgə Azərbaycan gənclərini və yeniyetmələrini kitabxanalara cəlb etmək məqsədilə “İmzalı görüş” layihəsi çərçivəsində millət vəkili, yazıçı-publisist Aqil Abbasla görüş keçirilmişdir.

Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov aprel ayının 14-dən 17-dək keçirilən London beynəlxalq kitab sərgisində iştirak edir.

Aprel ayının 10-da Xaçmaz rayonunda Tarix diyarşünaslıq muzeyinin iclas zalında 6 rayon üzrə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı kitabxana mütəxəssislərinin zona müşavirəsi keçirildi. Müşavirəni Mədəniyyət və Turizm Nazirinin birinci müavini cənab Vaqif Əliyev giriş sözü ilə açdı və müşavirənin işinə uğurlar arzuladı. (972) 404-8432

9 aprel 2015-ci il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 60 illik yubiley tədbiri keçirilmişdir.

07 aprel 2015-ci il tarixində Milli Kitabxanada  Azərbaycan Milli Kitabxanası, AMEA-nın Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında üçtərəfli Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilmişdir. 2108015596

Mərakeş Milli Kitabxanasının direktoru cənab Driss Khrouz aprel ayının 6-da Azərbaycan Milli Kitabxanasında olmuşdur. Görüşdə Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab Həsən Hami də iştirak etmişdir.  240-342-1816

Martın 28-də Milli Kitabxanada “31 Mart- Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisi açılmışdır. Sərgidə Azərbaycan, rus, ingilis və türk dillərində 150 adda kitab, qəzet və jurnal materialları sərgilənir.

Gürcüstan Milli Parlament Kitabxansının direktoru Georgi Kekelidze və Elektron resurslar üzrə direktor müavini Levan Taktakişvili mart ayının 17-də Azərbaycan Milli Kitabxansında olmuşlar.

10 mart 2015-ci il tarixində Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Milli Teatr günü  və “Zirvə” mükafatının təqdimolunma mərasimi keçirilmişdir. Tədbirdə Milli Kitabxana tərəfindən “10 Mart Milli Teatr günüdür” adlı kitab sərgisi açılmışdır. Sərgidə 100 – dən artıq kitab sərgilənmişdir. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Azərbaycan Milli Kitabxansının Oxuculara xidmət üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova və elmi katib Əminə Cəfərova fevral ayının 27-də Bakı Biznes Universitetində “Ali məktəblərdə elektron kitabxanaların təşkili və onlardan istifadə olunması istiqamətləri” mövzusunda keçirilən respublika elmi-praktiki konfransda iştirak etmişlər.  (904) 623-2969

Fevral ayının 25-də Milli Kitabxanada Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: İnsanlığa qarşı cinayət” adlı geniş kitab sərgisinin açılış mərasimi olmuşdur. 

Azərbaycan Milli Kitabxanasının bir qrup əməkdaşı fevral ayının 17-də Heydər Əliyev Mərkəzində təşkil edilən “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” adlı layihə çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədi ilə həyata keçirilən tədbirdə iştirak etmişdir.  425-971-5755

Fevral ayının 17-də Polşanın antiplagiat kompaniyasının prezidenti Sebastyan Kavçinski və  Bakı ofisinin direktoru Əli Təhməzov Azərbaycan Milli Kitabxanasında olmuşlar. Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qonaqları salamlayaraq Milli kitabxana haqqında, onun elektron resursları barədə qonaqlara məlumat vermişdir.  4346655568

Milli Kitabxananın Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva, İnfrastrukturun təşkili və proqram təminatı şöbəsinin baş kitabxnaçısı İlahə Quliyeva, ULTRA şirkətinin əməkdaşları Səbinə QəmbərovaKənan Səmədli fevral ayının 11-dən 14-dək Gəncə şəhər və Ağdaş rayon MKS-lərinə ALİSA avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin quraşdırılması məqsədilə ezam olunmuşlar.  4422177216

Fevral ayının 13-də Milli Kitabxanada Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş Zəlimxan Yaqubun “Mənə ümid kimi bax” şeirlər toplusunun və Musa Nəbioğlunun “Sözün Zəlimxan zirvəsi” kitabının təqdimat mərasimi keçirilmişdir. Ascidiae simplices

Fevral ayının 11-də Milli Kitabxananın növbəti qonağı Şuşa rayon məktəbləri sırasında 10 saylı tam orta məktəb olmuşdur. Kitabxana ilə yaxından tanış olan şagirdlər sərgi zalında təşkil olunmuş “Yaddan çıxmaz Qarabağ” guşəsi ilə maraqlanmışlar.

Fevral ayının 4-də Türkiyənin “İlim və edebiyat eseri sahipleri meslek birliyi”nin baş direktoru Mehmet Nuri Parmaksız, həmin birliyin direktor köməkçisi İlter Yeşilay və birliyin bir neçə üzvü Azərbaycan Milli Kitabxanasında olmuş, Milli Kitabxananın direktoru professor Kərim Tahirovla görüşmüşlər. 204-378-5500

4 fevral 2015-ci il tarixində Milli Kitabxanada XX əsrin görkəmli bəstəkarı, ictimai xadim və pedaqoqu, musiqiçi-alim və publisist Qara Qarayevin anadan olması münasibətilə “Unudulmaz bəstəkar - Qara Qarayev” adlı kitab sərgisi açılmışdır. Sərgidə görkəmli bəstəkarın not-musiqi əsərləri, görkəmli şəxsiyyətlərin bəstəkar haqqında deyilmiş fikirləri, Azərbaycan və rus dillərində haqqında yazılmış kitablar sərgilənir.

Fevral ayının 2-də İtaliya Sandro Teti Editore Nəşriyyat evinin direktoru cənab Sandro Domenico Teti Azərbaycan Milli Kitabxanasında olmudur. Görüşdə məqsəd Azərbaycan Milli Kitabxanasını hər il İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab sərgi yarmarkasında iştirakını təmin etmək idi.

30 yanvar 2015-ci il tarixində Milli Kitabxanada Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti, görkəmli bəstəkar və müğənni, professor Polad Bülbüloğlunun anadan olmasının 70 illiyi münasibətilə “Polad Bülbüloğlu-70” adlı kitab sərgisi açılmışdır. Sərgidə bəstəkarın not-musiqi əsərləri, məqalələri, elmi-tədqiqat əsərləri, haqqında yazılmış kitablar və dövri mətbuat materialları sərgilənir. 

   

 Arxiv

  2015
  2014
  2013
  2012
  2011
  2010
  6036361672

2008

  2007
 

Prezident İLHAM ƏLİYEV və mədəniyyət. 2 cilddə

Icild II cild



(438) 602-2422

ZƏRİFƏ ƏLİYEVA Elektron məlumat bazası


Heydər Əliyev Müstəqilliyimiz əbədidir I kitab II kitab III kitab


3129922018





(867) 447-0101


7149789164

Elektron Dissertasiya Fondunun Təşkili və Ondan İstifadə şöbəsinin fondunda olan dissertasiyaların elektron versiyalarından istifadə, həmçinin Rusiya Dövlət Milli Kitabxanasının Elektron Dissertasiyalarının virtual oxu zalına birbaşa giriş yalnız kitabxanamızın “Dissertasiya zalı”nda mümkündür"Dissertasiyaların Elektron Kitabxanası"saytından Milli Kitabxananın "Elektron Dissertasiya Fondunun Təşkili və Ondan İstifadə Şöbəsi"ndə yerləşdirilmiş virtual zalda istifadə etmək olar.

Dissertasiyaların Elektron Kitabxanası

Bunları unutmaq olmaz!

AZƏRBAYCANIN HÜQUQİ MƏLUMAT BAZASI

”Rusiya Federasiyası-nın Qanunvericilik Bazası”

Kitabxananın Sorğu informasiya xidməti şöbəsində yaradılan hüquqi informasiya guşəsində oxucuların istifadəsinə hüquqa dair ədəbiyyat və ”Rusiya Federasiyası-nın Qanunvericilik Bazası” təqdim olunur.

 

National Library of Azerbaijan © All Rights Reserved